Rusiyada üç yeniyetmə əlil qızı döyüb və zorlayıb

Rusiyada üç yeniyetmə əlil qızı döyüb və zorlayıb
Dünya 188

Rusiyanın Moskva vilayətinin cənub şəhərlərindən birində üç yeniyetmə 14 yaşlı, anadangəlmə nevroloji xəstəlik səbəbindən əlil olan qızı döyüb və zorlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "mr.ru" saytı məlumat yayıb.

Məlumata görə, hadisə martın 9-u axşam saatlarında baş verib. Bildirilir ki, məktəbli evdə təhsil alır və demək olar ki, təkbaşına küçəyə çıxmır, adətən yaxın dostları ilə gəzintiyə üstünlük verir.

Hadisə baş verən gün o, evdə rəfiqəsi və onun sevgilisi ilə birlikdə olub. Axşam saat 10 radələrində məktəbli dostlarını avtobus dayanacağına qədər ötürmək qərarına gəlib. Anasına isə yarım saatdan sonra qayıdacağını bildirib. Lakin qız bir saat keçməsinə baxmayaraq evə dönmədiyi üçün anası narahat olmağa başlayıb və onu axtarmağa çıxıb.

Təxminən 15 dəqiqə sonra qız anasına zəng edib və evə qayıtdığını deyib, lakin ağlayıb. O, hücuma məruz qaldığını bildirib. Evə gedərkən anası təcili yardım və polis çağırıb. 

Zərərçəkmişin sözlərinə görə, evə qayıdarkən üç naməlum şəxs – 17-18 yaşlarında olan yeniyetmələr – ona hücum edib. Onlardan biri naməlum əşya ilə başına zərbə endirib, digəri isə ona içində nə olduğu bilinməyən maddələr – ehtimal ki, narkotik vasitələr – udmağa məcbur edib. Daha sonra qızı zirzəmi otağına aparıblar və o, huşunu itirib. Məktəbli həmin an baş verənləri xatırlamadığını deyib. Ayıldıqdan sonra isə özü birtəhər evə gedə bilib.

Elə həmin axşam o, müayinə üçün Moskva xəstəxanalarından birinə aparılıb. Ekspertiza zorlamanı təsdiqləyib. Onun vəziyyəti stabil olsa da, çox yatdığı bildirilir. Hazırda polis cinayətkarların axtarışı ilə məşğuldur.

Son xəbərlər