Rusiyada Telegramın fəaliyyəti məhdudlaşdırılır
10
fev
2026
15:30
Rusiya hakimiyyəti Telegram messencerinin fəaliyyəti ilə bağlı yeni qərar verib.
BAKU.WS-in Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, ölkənin rabitə və informasiya sahəsinə nəzarət edən "Roskomnadzor" qurumu Telegram-a qarşı məhdudlaşdırıcı tədbirlərə start verib.
Bildirilib ki, tətbiqin fəaliyyətinin qismən zəiflədilməsi məqsədilə texniki addımlar artıq bu gündən etibarən həyata keçirilməyə başlanılıb. Məhdudiyyətlərin hansı müddətə davam edəcəyi və tam bloklanmanın olub-olmayacağı isə hələlik açıqlanmayıb.
Oxşar xəbərlər
Serbiyada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb
Serbiyada növbədənkənar parlament seçkiləri 2026-cı ilin oktyabrında keçiriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Serbiya lideri Aleksandar Vuç...