Rusiyada sirkdə panika: pələng tamaşaçılar tərəfə atılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Rostov-na-Donu şəhərində səyyar sirkdə təhlükəli hadisə baş verib. Şou zamanı pələnglərdən biri tamaşaçıların olduğu istiqamətə tullanıb.
BAKU.WS xəbər verir ki, hadisə Rostov-na-Donu şəhərində, Naqibin prospektində yerləşən çadır tipli sirkdə qeydə alınıb.
Məlumata görə, çıxış zamanı qoruyucu torun qəfil yerə düşməsi heyvanların panikaya düşməsinə səbəb olub. Pələnglər arenada nəzarətsiz hərəkət etməyə başlayıb, onlardan biri isə baryeri aşaraq tamaşaçılar tərəfə yönəlib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə tamaşaçıların qorxu içində qışqırdığı və zaldan təxliyə edildiyi görünür.
Şahidlərin sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb və insanlar operativ şəkildə təhlükəsiz əraziyə çıxarılıb.
Sirk rəhbərliyi hələlik rəsmi açıqlama verməyib. Hadisədən sonra şou dayandırılıb və sirk fəaliyyəti müvəqqəti olaraq bağlanıb.
Qeyd olunur ki, səyyar sirkdə bir neçə pələng və digər vəhşi heyvanlarla şou proqramı təqdim edilirdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...