Rusiyada qadınlara hərbi komissarlıqdan çağırış vərəqələri göndərilir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada son vaxtlar bəzi qadınların hərbi komissarlıqlardan çağırış vərəqələri alması müzakirələrə səbəb olub.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu çağırışlar əsasən hərbi-uçot ixtisasına malik qadınlara aiddir.
Onların sırasına tibb, əczaçılıq, rabitə, informasiya texnologiyaları və bəzi digər sahələr üzrə ixtisaslı şəxslər daxildir. Bəzi hallarda isə elektron uçot sistemindəki texniki uyğunsuzluqlar səbəbindən hərbi qeydiyyata aidiyyəti olmayan qadınlara da səhvən bildiriş göndərildiyi bildirilir.
Rusiya qanunvericiliyinə əsasən, qadınlar sülh dövründə məcburi hərbi xidmətə və hərbi toplanışlara cəlb edilmir. Bununla belə, hərbi-uçot öhdəliyi olan şəxslər çağırış aldıqda hərbi komissarlığa müraciət etməlidirlər.
Hüquqşünaslar bildirirlər ki, çağırışın səhv göndərildiyi düşünülərsə, müvafiq sənədlərlə hərbi komissarlığa müraciət edərək məlumatların düzəldilməsi tələb oluna bilər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...