Rusiyada neft obyektinə dron hücumunun qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Komi Respublikasında neft müəssisəsinə dron hücumu planlaşdıran şəxslər zərərsizləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Rusiya vətəndaşı olan iki nəfər Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə neft obyektinə hücum hazırlayıb. Onlar əvvəlcədən gizlədilmiş yerdən əldə etdikləri pilotsuz uçuş aparatlarını əldəqayırma partlayıcı qurğularla təchiz ediblər.
Bildirilir ki, şübhəlilər müxtəlif mesencerlər vasitəsilə xarici xüsusi xidmət orqanlarına regiondakı neft emalı müəssisələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi hərbi əməliyyat iştirakçıları barədə məlumat ötürüblər.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaq istənilən zaman onlar silahlı müqavimət göstəriblər və cavab atəşi ilə zərərsizləşdiriliblər.
Hadisə yerindən döyüş başlıqlı iki pilotsuz uçuş aparatı, iki "Makarov" tapançası və cinayət fəaliyyətini təsdiqləyən məlumatların olduğu mobil telefonlar götürülüb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "diversiyaya hazırlıq" maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
"Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır
ABŞ və İran münaqişənin tam dayandırılması ilə bağlı danışıqlarda mümkün irəliləyişə yaxınlaşır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomber...