Rusiya XİN Litva ilə hüquqi yardım haqqında sazişə xitam verildiyini açıqlayıb
Rusiya və Latviya arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında sazişə yanvarın 21-də xitam verilib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin hüquqi informasiya portalında dərc olunan məlumatında deyilir.
"2025-ci il yanvarın 21-də Rusiya Federasiyası ilə Litva Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1992-ci il iyulun 21-də Vilnüsdə imzalanmış sazişə xitam verilib", - nazirlikdən bildirilib.
Xatırladaq ki, Litva Seymi (parlamenti) ötən il iyunun 25-də bu sazişi denonsasiya edib. Rusiya və Litva müqaviləni 1992-ci ildə imzalayıb və hər beş ildən bir onu yeniləyirdi. Sənəd Rusiya və Litva vətəndaşlarının şəxsi və əmlak hüquqlarını bərabər şəkildə qorumağa, mübahisələr yarandıqda hüquqi əməkdaşlığı təmin edirdi.
Oxşar xəbərlər
NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması
NASA Ayın səthində göy cisminin toqquşması nəticəsində yaranmış 222 metr diametrində yeni krater aşkarlayıb. Alimlər bu quruluşun yaxın tarixdə Günəş sistemində...