Rusiya-Suriya əlaqələri daha da inkişaf etdiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva və Dəməşq iqtisadi sahədə qarşılıqlı əlaqə səviyyəsini nəzərəçarpan dərəcədə irəli apara bilib və bu tendensiyanı qorumaq lazımdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə suriyalı həmkarı Əhməd Əl Şaraa ilə görüşündə bildirib.
Əl Şara vurğulayıb ki, Dəməşq və Moskvanın müzakirə edə biləcəyi çox sayda məsələ var.
"Ümid edirəm ki, görüş zamanı bütün məsələləri təfərrüatları ilə müzakirə edəcəyik, görüşümüz səmərəli olacaq", - deyə Suriya lideri qeyd edib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 15-i Əhməd Əl Şaraa Rusiyaya ilk işgüzar səfərini həyata keçirib və bu səfər çərçivəsində onun Putinlə 2,5 saat davam edən ilk görüşü baş tutub. Danışıqlar zamanı Suriya lideri Dəməşqin Moskva ilə münasibətləri yenidən başlatmaq istəyini ifadə edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...