Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Roma Papası 14-cü Leo noyabr ayının sonunda Türkiyəyə səfər etməyi planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə prezident administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Türkiyə liderinin həyat yoldaşı Əminə Ərdoğanla Vatikanda keçirilən görüşdə səfər planları müzakirə olunub. Roma Papası 14-cü Leo birinci xanıma ilk xarici səfərlərindən birini Türkiyəyə etmək istədiyini deyib.
"Türkiyə və Vatikan rəsmiləri bunun üzərində işləyirlər və səfər noyabrın sonuna planlaşdırılıb", - agentlik qeyd edib.
O da bildirilib ki, Roma Papası bu il Nikea Şurasının 1700 illiyinin qeyd olunduğunu xatırladıb. Papa qeyd edib ki, Türkiyə xristianlar üçün mühüm ölkədir, sülhün qurulması üçün mühüm körpü rolunu oynayır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...