Rihannanın evini atəşə tutdular
09
mar
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya şöhrətli müğənni Rihannanın ABŞ-nin Beverly Hills şəhərində yerləşən evi atəşə tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Los Angeles Times məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı 30 yaşlı qadın saxlanılıb. İstintaqın ilkin məlumatına görə, şübhəli şəxs avtomobildə olarkən müğənninin malikanəsinə doğru təxminən 10 dəfə atəş açıb.
Hadisə zamanı Rihanna evdə olub. Xoşbəxtlikdən atışma nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma davam edir.
Oxşar xəbərlər
Pezeşkian Türkiyəyə yola düşüb
İran Prezidenti Məsud Pezeşkian Türkiyəyə yola düşüb. BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Pezeşkian Antalyada BMT-nin İqlim Dəyi...