Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparıldı
Çeçenistan rəhbəri Ramzan Kadırovun yol qəzasında yaralanan oğlu Adam Kadırov xüsusi tibbi təyyarə ilə Moskvaya aparılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları xəbər yayıb. Bildirilir ki, tibbi reys gecə saatlarında Moskvanın "Vnukovo" hava limanına eniş edib.
Məlumatda həmçinin qeyd olunur ki, həmin təyyarədən qısa müddət sonra Ramzan Kadırovun da olduğu başqa bir hava gəmisi aeroportda yerə enib.
Xatırladaq ki, 18 yaşlı Adam Kadırovun korteji Qroznıda qəzaya düşüb. Hadisə nəticəsində o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi Moskvada davam etdirilir.
Oxşar xəbərlər
Trampdan İrana yeni hədə: "Gələn həftə çox sərt zərbə endirəcəyik"
ABŞ Prezidenti Donald Trump İranla davam edən müharibənin 14-cü günündə Tehrana qarşı yeni sərt bəyanat verib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o...