Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin 4 MÜMKÜN VARİANTI
Ağ Ev rəhbəri Donald Trampın administrasiyası Qrenlandiyanın Amerika Birləşmiş Ştatlarına birləşdirilməsi ilə bağlı dörd mümkün ssenarini nəzərdən keçirir.
BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti yazıb.
Birinci variant silahlı müdaxilədir. İkinci variant iqtisadi təzyiq yolu ilə məcburetmədir. ABŞ Danimarkaya adanı satın almağı təklif edə, eyni zamanda Qrenlandiya əhalisinin rifahı naminə iqtisadiyyata iri həcmli investisiyalar vəd edə bilər.
Üçüncü yol ABŞ-nin artıq Mikroneziya, Marşal adaları və Palau ilə bağladığı sazişlərə bənzər Azad Assosiasiya Müqaviləsinin imzalanmasıdır. Bu cür razılaşmalar ABŞ tərəfindən maliyyə yardımını, əvəzində isə müdafiə məsələlərinin Vaşinqtonun nəzarətinə verilməsini nəzərdə tutur, daxili özünüidarəetmə isə saxlanılır.
Dördüncü ssenari Qrenlandiyanın Danimarkanın tərkibində qalmasını, lakin adada ABŞ-nin hərbi mövcudluğunun əhəmiyyətli dərəcədə artırılmasını, faydalı qazıntıların kəşfiyyatı üçün Amerika şirkətləri ilə kommersiya müqavilələrinin bağlanmasını və yerli idarəetmə orqanlarına amerikalı məsləhətçilərin təyin olunmasını ehtiva edir.
Xatırladaq ki, bir gün əvvəl ABŞ dövlət katibi Marko Rubio Konqres üzvləri ilə söhbətində Ağ Evin Qrenlandiyaya nəzarəti əldə etmək üçün hərbi müdaxilədən daha çox adanın satın alınması variantına meyilli olduğunu bildirib.
Oxşar xəbərlər
Venesuela neftindən əldə olunan qazanc bu banklara yerləşdiriləcək
ABŞ Energetika Nazirliyi Venesuela neftinin dünya bazarında satış müddətinə hər hansı məhdudiyyət qoyulmadığını bəyan edib. BAKU.WS xəbər verir ki, bu barədə n...