Qonşu ölkəyə şiddətli yağışlarla bağlı xəbərdarlıq edildi
Türkiyənin 4 bölgəsinə hava ilə bağlı xəbərdarlıq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Ümumi Müdirliyi məlumat yayıb.
Bildirilib ki, Giresun, Trabzon, Rizə və Artvinə sarı kodlu xəbərdarlıq olunub.
Meteorologiya müşaviri professor Orhan Şenin sözlərinə görə, bölgədə yağışlar gələn həftə daha da artacaq.
Ölkənin şimal, orta və şərqində hava parçalı buludlu, Qərb və Şərqi Qara dəniz, Mərkəzi Qara dəniz sahilləri ilə Sakarya, Ardahan və Hakkari ətraflarının az buludlu və açıq keçəcəyi təxmin edilir.
Yağışın isə Ordu, Giresun və Trabzon ətrafında güclü, Rizə və Artvin ətrafında çox güclü, yüksəkliklərdə şiddətli və bəzən çox şiddətli olacağı gözlənilir.
Oxşar xəbərlər
"Yaprak dökümü"nün "Ferhundesi"ndən illər sonra gələn ETİRAF
"Yaprak dökümü"nün aktrisası Deniz Çakır illər sonra serialdakı rolundan danışıb. BAKU.WS xəbər verir ki, "Empati" proqramına qonaq olan aktrisa canlandırdığı...