Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşən Binəqədinin son vəsiyyəti yerinə yetirildi
Baku TV-nin "Arzunun vaxtı" verilişinin budəfəki buraxılışı dünyasını dəyişən meyxanaçı Elşən Binəqədiyə həsr olunub.
O, fevralın 26-da axşam saat 20 radələrində Sabunçu Tibb Mərkəzinə gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, meyxanaçının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, onun meyitini morqdan götürməyə heç bir qohumu gəlməyib. Mərhumun dostlarından biri olan Cəlal İsmayılov meyiti təhvil alaraq yas mərasiminin təşkilini öz üzərinə götürüb.
"Elşəni 4-5 ildir tanıyırdım. Aramızda yaxın münasibət var idi. Dünyasını dəyişəndə onu dəfn etməyi mənə vəsiyyət etmişdi", - deyə Cəlal İsmayılov bildirib.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...