"Qızıl Qlobus"a namizədlərin adları açıqlandı

"Oskar" mükafatlarının xəbərçisi olan "Qızıl Qlobus"a namizədlərin adları açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu il 82-ci dəfə keçiriləcək mötəbər mərasimdə "The Bear" serialı ümumilikdə 6 kateqoriyada "Qızıl qlobus"a namizəd göstərilib.
Rejissoru Jak Odiar olan "Emilia Perez" filmi 10 kateqoriyada namizəd göstərilib. "The Brutalist" adlı ekran işi isə 7 kateqoriyada namizəddir.
"Ən yaxşı aktyor" nominasiyasında Donald Qlover, Ceyk Cillenhol , Qari Oldmən, Billi Bob kimi məşhur simalar yarışacaqlar.
"Ən yaxşı aktrisa" nominasiyasında isə Keti Beyts, Keri Rassell, Emma Darsi kimi tanınmışlar "Qızıl qlobus" uğrunda mübarizə aparacaqlar.
Jak Odiar, Şon Beyker, Eduard Berqer kimi rejissorlar isə "Ən yaxşı rejissor" nominasiyasında yarışacaqlar.
Yanvarın 5-də keçiriləcək mərasimdə namizdələr arasından ən yaxşılar seçiləcək və onlara "Qızıl qlobus"lar təqdim ediləcək.
Qalereya

Oxşar xəbərlər
HƏMAS-ın "Şücaiyyə" batalyonunun daha bir komandiri öldürülüb
İsrail Müdafiə Qüvvələri (IDF) hərbi əməliyyatların başladığı 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağının şimalında HƏMAS-ın "Şücaiyyə" batalyonunun sayca...