Qırğızıstan xüsusi xidmət orqanları "Rus evi"nin əməkdaşını həbs edib
Qırğızıstanın Oş şəhərində muzdluların cəlb olunmasında şübhəli bilinən "Rus evi"nin əməkdaşı Natalya Sekerina saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Qırğızıstan Ali Məhkəməsinin məlumatına görə, Sekerina barəsində həbs qətimkan tədbiri seçilərək 17 iyun 2025-ci il tarixinədək həbsdə saxlanılmasına qərar verilib.
Hazırda şübhəlinin vətəndaşlığı dəqiqləşdirilir. Qırğızıstan Cinayət Məcəlləsinə əsasən, ona 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Məlumata görə, Sekerina ilə birlikdə daha dörd nəfər, o cümlədən Oş meriyasının mətbuat xidmətinin əməkdaşı da saxlanılıb.
Oxşar xəbərlər
WSJ: Pentaqon Yaxın Şərqə daha 10 min hərbçi göndərə bilər
ABŞ Müharibə Nazirliyi İranla qarşıdurmanın potensial eskalasiyası halı üçün Yaxın Şərqə daha 10 minədək hərbi qulluqçunun göndərilməsi imkanını nəzərdən keçiri...