Qəzzada ölənlərin sayı 44,2 min nəfəri keçib
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan indiyədək İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 44 min 200-dən çox fələstinli həlak olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi teleqramda bildirib.
"İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 2023-cü ilin oktyabrından bugünədək 44 211 nəfərə yüksəlib, daha 104 567 nəfər yaralanıb", - deyilir.
Qeyd olunur ki, son 24 saat ərzində Qəzzada 35 fələstinli həlak olub, daha 94 nəfər yaralanıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...