Qətər hökuməti fövqəladə vəziyyət elan edib
Yeniliklərdən dərhal xəbərdar olun
Qətər hökuməti fövqəladə vəziyyət elan edib.
BAKU.WS İranın "IRIB News" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi bəyanat verilib.
Bəyanatda deyilir: "Biz fövqəladə vəziyyət elan edirik və qaz hasilatını dayandırırıq".
Xatırladaq ki, şənbə günü - fevralın 28-i İsrail İrana raket zərbələri endirib. Daha sonra ABŞ hücumları İsraillə birgə həyata keçirdiyini bəyan edib. İran isə öz növbəsində İsrailə və bir sıra körfəz ölkələrinə onlarla raketlər atıb. Hücumlar nəticəsində İranın Ali Dini lideri Əli Xameneyi və ölkənin bir sıra yüksək rütbəli şəxsləri öldürülüb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...