Qətər Doha üzərindən xarici aviaşirkətlərin uçuşlarını bərpa edir
Yeniliklərdən dərhal xəbərdar olun
Qətər hakimiyyəti Dohadakı Həməd Beynəlxalq Hava Limanı vasitəsilə xarici aviaşirkətlər üçün uçuşların mərhələli şəkildə bərpa olunduğunu elan edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, qərar müvafiq orqanlarla əlaqələndirilmiş şəkildə mövcud vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edilib.
Bildirilib ki, bu tədbirlər aviasiya sektorunda yüksək səviyyədə hazırlıq və əməliyyat səmərəliliyinin təmin edilməsi məqsədi daşıyır.
Xatırladaq ki, 18 apreldə İran 28 fevraldan bəri ilk dəfə hava məkanını mülki aviasiya üçün qismən açaraq İslam Respublikasının şərq hissəsində uçuşlara icazə verib. Tehran hava limanları bir həftə ərzində hər gün 11 saat açıq olacaq.
İranın xarici işlər naziri Abbas Əraqçi İsrail və Livan arasında atəşkəs dövründə Hörmüz boğazının razılaşdırılmış marşrut üzrə kommersiya gəmiləri üçün tam olaraq açılacağını açıqlayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...