Zəncirvari qəzada toqquşan avtomobillərin sayı 95-ə çatdı - Hadisə yerindən GÖRÜNTÜLƏR
Qazaxıstanda baş verən zəncirvari qəzada bir-birinə çırpılan avtomobillərin sayı 95-ə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Kökəm və Karatal kəndləri arasında buz və güclü qar fırtınası nəticəsində 95 avtomobil toqquşub.
Qəzaya səbəb kimi sürücülərin sürət həddinə və təhlükəsiz məsafəyə riayət etməməsi olub. Yolun bir zolağı boşaldılıb, qəzaya uğramış, lakin işlək vəziyyətdə qalan avtomobillər hərəkətlərinə davam edə biliblər.
***15:06
Qazaxıstanda Astana-Petropavlovsk magistralında 40-a yaxın avtomobil toqquşub.
BAKU.WS xəbər verir ki, bu barədə "Kazinform" teleqram kanalı məlumat yayıb və qəzanın nəticələrini əks etdirən video yayımlayıb.
Yayımlanan videoda onlarla avtomobilin toqquşması görünür.
Bildirilib ki, qəza baş verən ərazidə qar yağır və güclü külək əsir. İnsanlar təcili yardım maşınlarının yanına toplaşıblar.
"Tengrinews" xəbər verir ki, qəza Akmola rayonunun Koğam və Karatal kəndləri arasında baş verib. İtkilər barədə məlumat verilmir.
Kütləvi qəza buzlu hava və güclü qar fırtınası səbəbindən baş verib. Magistral yol nəqliyyat üçün bağlanıb, nəqliyyatın nə vaxt bərpa olunacağı hələlik məlum deyil.
Oxşar xəbərlər
Almaniyada əlverişsiz hava səbəbindən aviareyslər ləğv edilib
Almaniyada şaxtalı hava və qar yağışı bir çox sahəyə, o cümlədən aviasiya sektoruna ciddi təsir göstərib. BAKU.WS Bild-ə istinadən xəbər verir ki, əlverişsiz ha...