Qazaxıstan heyvan idxalına müvəqqəti məhdudiyyət qoyub
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan ərazisinə diri kənd təsərrüfatı heyvanlarının idxalı və ölkə üzərindən tranziti müvəqqəti olaraq məhdudlaşdırılıb. Qərar, həmçinin termiki emaldan keçməmiş heyvandarlıq məhsulları və yemlərə də şamil olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər Rusiyada heyvan xəstəlikləri ilə bağlı vəziyyətin pisləşməsi fonunda tətbiq edilib.
Qeyd olunub ki, bu addım xüsusilə təhlükəli heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsinin qarşısını almaq məqsədi daşıyır və mərhələli şəkildə həyata keçirilib.
Hazırda Qazaxıstanda baytarlıq-nəzarət məntəqələri gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Daşınan yüklər ciddi yoxlamadan keçirilir, onların tam izlənməsi təmin olunur və nəqliyyat vasitələri dezinfeksiya edilir.
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu iddia edir
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının şərqində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. BAKU.WS xə...