Qafqazın ən hündür nöqtəsində alpinist şəhərciyi tikiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ilə qədər Elbrus dağında (Kabardin-Balkar Respublikası, Rusiya) alpinist şəhərciyi salınacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Qafqaz İnvestisiya Forumu çərçivəsində "Kavkaz.RF" inkişaf institutunun nümayəndələri bildiriblər.
"Elbrusa dırmanmaq istəyənlərin hamısı bu yaşayış yerlərində qalacaqlar və son təyinat yeri "Priyut 11" tarixi hoteli olacaq", - "Kavkaz.RF" İnkişaf İnstitutunun baş direktorunun müavini Xisa Bekkayev bildirib.
O qeyd edib ki, alpinistlər üçün şəhərcik "Priyut 11" hotelinin altında tikiləcək. Layihənin 2026-cı ildə həyata keçirilməsi planlaşdırılır. Şəhərcik 68 yaşayış yeri olan 19 moduldan ibarət olacaq.
Qeyd edək ki, 5642 metr hündürlüyə malik Elbrus dağı Qafqaz və Rusiyanın ən hündür nöqtəsi sayılır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...