Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb
02
dek
2025
21:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşə başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, tərəflər Rusiya‑Ukrayna müharibəsinin həlli yollarını, xüsusilə münaqişənin nizamlanması üzrə Vaşinqton tərəfindən təklif olunan sülh planını müzakirə edəcəklər.
Görüşdə, həmçinin Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...