Putindən Trampa cavab: Zelenski ilə mümkün deyil
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsinin tezliklə razılaşma yolu ilə bitirilməsi çağırışına cavab verib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifə müddətinin hüquqi baxımdan başa çatdığını bildirərək "Ukrayna ilə görüşsək belə, razılaşma əldə edə bilmərik" deyib.
BAKU.WS xəbər verir ki, Putin rəsmi avtomobilindən Rusiya televiziyasına verdiyi açıqlamada Trampın müharibəni bitirmə təşəbbüsünü müsbət qarşıladığını, lakin Zelenskinin artıq hüquqi statusunun qalmadığını vurğulayıb.
O bildirib ki, Ukrayna bir ilə yaxındır prezident seçkisi keçirmədiyi üçün ölkənin qanuni lideri yoxdur və bu səbəbdən onunla bağlanacaq hər hansı razılaşma hüquqi qüvvəyə malik olmayacaq.
Putin Zelenski ilə dialoq qurmağa açıq olduğunu qeyd edib və hətta müzakirə heyəti göndərə biləcəyini bildirib. Ancaq o vurğulayıb ki, bu görüşlər hüquqi baxımdan heç bir əhəmiyyət daşımır.
Beləliklə, Putin müharibədən çıxış yolunun Ukrayna hökuməti ilə deyil, ABŞ və Rusiya arasında aparılacaq birbaşa danışıqlarla mümkün olduğunu üstüörtülü şəkildə bəyan edib.
Oxşar xəbərlər
Britaniya yerli şirkətlərə Ermənistana ixrac zamanı yarana biləcək problemlər barədə xəbərdarlıq edib
Böyük Britaniya hökuməti RF ilə sıx ticari-iqtisadi əlaqələri olan ölkələrlə ixrac əməliyyatları aparan Britaniya sahibkarlarını və şirkətlərini Rusiyaya qarşı...