Putin və Pezeşkian Kremldə görüşüb
17
yan
2025
15:51
Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pəzeşkian Kremlin binasında görüşüblər.
Bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, liderlər Yaxın Şərqdə, o cümlədən Suriyadakı vəziyyətin inkişafını müzakirə ediblər. Həmçinin İranın nüvə proqramı ilə bağlı mövzulara da toxunublar.
Putin və Pəzeşkian ticarət-investisiya, nəqliyyat-loqistika və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Görüşdən əvvəl Pəzeşkian bildirib ki, Rusiya-İran hərtərəfli strateji tərəfdaşlıq sazişi ikitərəfli əlaqələrdə yeni bir fəsil açacaq.
Oxşar xəbərlər
Estoniya Moldovada səfirlik açır
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Kişineua səfəri çərçivəsində moldovalı həmkarı, baş nazirinin müavini Mihai Popşoyla görüşüb. BAKU.WS "Report"a i...