Pulu bitən Castin Biber 4 il sonra bu addımı atdı
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur müğənni Castin Biber 4 il aradan sonra yenidən müğənniliklə məşğul olacaq.
BAKU.WS "Daily Mail"ə istinadən xəbər verir ki, sənətçinin 4 ildən sonra bu addımı atmasına səbəb pulunun bitməsidir.
İddialara görə, onun konsert turunu təşkil edən "AEG" adlı şirkətə xeyli borcu da var.
Bir müddət əvvəl köməkçisi Skuter Braunla yollarını ayıran ifaçı yeni menecerlərlə görüşüb razılaşacaq.
Castin səhnəyə yenilənmiş komanda ilə qayıdacaq. O sonuncu dəfə 2021-ci ildə albom çıxarıb. 2023-cü ildə "Hunter" sindromundan əziyyət çəkdiyini bildirib.
Müğənni bu səbəbdən "Justice World Tour" adlı dünya turunu da ləğv edib.
Qalereya
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...