Polşa Ukraynaya yeni helikopterlər verib
Yeniliklərdən dərhal xəbərdar olun
Polşa Ukraynaya iki "Mi-8" helikopteri və bir "Bell 412" helikopteri təhvil verib.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasili Bodnar sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, helikopterlər Xarkov Milli Daxili İşlər Universitetində təhsil alan gələcək pilotların hazırlanması və təlimi üçün istifadə olunacaq.
"Bell 412-HP" müxtəlif missiyalar, o cümlədən xilasetmə əməliyyatları, yük və sərnişin daşımaları və hərbi tətbiqlər üçün istifadə edilən çoxməqsədli helikopterdir.
"Mi-8" isə yüklərin, sərnişinlərin daşınması, hərbi əməliyyatlar, tibbi təxliyə və xilasetmə missiyaları üçün istifadə edilən çoxfunksiyalı helikopterdir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...