Polşa hava məkanına Rusiya raketi düşdü

Polşa hava məkanına Rusiya raketi düşdü
Dünya 36

Polşanın şərqində yaşayış olmayan əraziyə düşən raketin Rusiyaya məxsus X-101 qanadlı raketi olduğu ehtimal edilir.

BAKU.WS xəbər verir ki, bu barədə Polşa rəsmiləri məlumat veriblər.

Məlumata görə, hadisə Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumu zamanı baş verib. Polşa hakimiyyəti raketin mənşəyini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb və məsələ ilə bağlı NATO müttəfiqləri məlumatlandırılıb.

Polşanın Baş naziri Donald Tusk bildirib ki, ölkə ərazisinə düşən obyektin böyük ehtimalla Rusiyaya məxsus qanadlı raket olduğu müəyyən edilib. Müdafiə naziri Vladislav Kosinyak-Kamış isə raketin X-101 tipli olduğunu açıqlayıb.

Ukraynanın xarici işlər naziri Andrey Sıbiha da Rusiyanın X-101 raketinin Polşa hava məkanını pozduğunu iddia edərək, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, Ukrayna tərəfi hadisə ilə bağlı aparılan istintaqda iştirak etmək üçün Polşaya rəsmi müraciət edib. Polşa prokurorluğu raketin qalıqlarının ekspertiza üçün toplandığını bildirib.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Estoniya Prezidenti Alar Karis hadisədən sonra Polşaya dəstək ifadə edərək, Rusiyanın hərbi fəaliyyətinin Avropanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər