Pezeşkian: Müharibəyə müdaxilə təhlükəli nəticələrə səbəb olacaq
ABŞ və İsrailin İranla apardığı müharibəyə istənilən müdaxilə təhülkəli nəticələrə səbəb olacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta ilə telefon danışığı zamanı deyib.
"Bu müharibəyə hər hansı bəhanə ilə hər cür müdaxilə təhlükəli nəticələrə səbəb olacaq", - o bildirib və əlavə edib ki, Aİ-nin ABŞ-İsrail cinayətləri qarşısında sükutu təəssüf doğurur və insan haqları iddialarına ziddir:
"Avropa ölkələri İrana qarşı pozucu yanaşma əvəzinə, öz siyasətlərini beynəlxalq hüquq əsasında tənzimləsinlər".
Oxşar xəbərlər
Fransa Rusiya tankerini saxladı - Kreml Parisi dəniz quldurluğunda ittiham etdi
Fransa Hərbi Dəniz Qüvvələri (HDQ) Atlantik okeanında Rusiyadan gələn "Tagor" adlı neft tankerini saxlayıb. BAKU.WS xəbər verir ki, bu barədə Fransa Prezidenti...