Pentaqon iki vacib vəzifəsini açıqladı
"Hind və Sakit okean regionlarında Çinin qarşıdurma ilə deyil, güc vasitəsilə qarşısının alınması Pentaqon üçün ABŞ-nin materik hissəsinin müdafiəsindən sonra ikinci ən vacib vəzifədir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin hərb naziri Pit Heqset Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
Onun fikrincə, Vaşinqton və Pekin arasında münasibətlər son illərlə müqayisədə daha yaxşı və daha möhkəmdir.
"Prezident Donald Tramp və hazırkı administrasiya Çinlə sabit sülh, ədalətli ticarət və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə can atır. Biz onlar üzərində hökmranlıq etməyə və ya alçaltmağa, Tayvan ətrafında status-kvonu dəyişdirməyə çalışmırıq", - deyə nazir vurğulayıb.
Oxşar xəbərlər
"Rusiya Dəmir Yolları": Ermənistan müqaviləyə xitamı nəzərdən keçirirsə, qoyduğumuz investisiyaları geri qaytarsın
"Rusiya Dəmir Yolları" (RJD) Ermənistanın dəmir yolu konsessiyası ilə bağlı bəyanatlarına cavab verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, holdinqin rəh...