Pəhləvi avropalıları İrana qarşı "xaç yürüşü"nə çağırıb

Pəhləvi avropalıları İrana qarşı xaç yürüşünə çağırıb
Dünya 80

Sonuncu İran şahının oğlu Rza Pəhləvi prankerlərlə söhbətində Avropa ölkələrini İslam Respublikasına qarşı "xaç yürüşü"nə başlamağa çağırıb.

BAKU.WS xəbər verir ki, bu barədə Gazeta.Ru məlumat yayıb.

Qeyd olunur ki, söhbət Aleksey Stolyarov və Vladimir Kuznetsov tərəfindən aparılıb. Onlar özlərini Almaniya kansleri Friedriç Merzin müşavirləri kimi təqdim ediblər.

Prankerlər Pəhləvini inandırmağa çalışıblar ki, Almaniya hökuməti ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatı fəal şəkildə dəstəkləyir və Berlin Tehran əleyhinə "Taurus" raketlərindən istifadə etməyə hazırdır.

Məlumata görə, Pəhləvi cavabında bildirib: "Rejimə qarşı koalisiyaya nə qədər çox ölkə qoşulsa, bir o qədər yaxşıdır. Bu "xaç yürüşü"nə yalnız israillilər və amerikalılar deyil, daha çox dövlət qatılmalıdır. Almaniyanın sərt mövqe tutmasına şadam".

O, digər Avropa ölkələrinin də Almaniyanın mövqeyini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Pəhləvi həmçinin İslam Respublikasının iqtisadiyyatını zəiflətmək üçün əlavə addımlar atmağa çağırıb. Onun fikrincə, diplomatik tədbirlər, o cümlədən səfirliklərin ələ keçirilməsi kimi addımlar da əhəmiyyətli ola bilər.

Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata fevralın 28-də başlayıb. ABŞ Prezidenti Donald Trump bu addımı Tehranın nüvə proqramı ilə bağlı mövqeyinə görə "səbrin tükənməsi" ilə izah edib.

Son xəbərlər