Pakistandakı məsciddə törədilən hücumda ölənlərin sayı 38-ə çatdı
Pakistanın paytaxtı İslamabadda bir məsciddə cümə namazı zamanı baş verən partlayış nəticəsində ölənlərin sayı 38-ə yüksəlib. Hücum zamanı yaralanan bəzi şəxslərin xəstəxanada vəfat etməsi bu artıma səbəb olub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İslamabadın Shehzad Town bölgəsində, şiələrə məxsus İmam Bargah məscidində baş verib. Partlayış nəticəsində 160-dan çox insan yaralanaraq müxtəlif xəstəxanalara aparılıb.
Rəsmi mənbələr partlayışın "terror hücumu" olduğunu təsdiqləyib və hücumu İŞİD ilə əlaqəli qrupun üzərinə götürdüyü bildirilib. Pakistan Daxili İşlər Nazirliyi hadisəyə aid əməliyyatlarda 4 şübhəlini həbs edib.
Hücumun planlanması, təlim və koordinasiyasının İŞİD tərəfindən Əfqanıstanda həyata keçirildiyi bildirilib.
Oxşar xəbərlər
Yunanıstanda meşə yanğınları başlayıb
Yunanıstanın Salamina adasında, Volos və Attika bölgələrində meşə yanğınları baş verib. BAKU.WS xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Bildirilib...