Pakistan İrandan Səudiyyə Ərəbistanına hücum etməməyi istəyib
Pakistan hökuməti İranı Səudiyyə Ərəbistanına qarşı mümkün hərbi addımlardan çəkinməyə çağırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Pakistanın vitse-baş naziri və xarici işlər naziri İshaq Dar bildirib.
Onun sözlərinə görə, Pakistanla Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində razılaşma mövcuddur. Bu səbəbdən rəsmi İslamabad Tehranla əlaqə saxlayaraq ondan Səudiyyə Ərəbistanına hücum etməməyi xahiş edib.
Məlumata əsasən, İran tərəfi isə öz növbəsində zəmanət tələb edib ki, Səudiyyə Ərəbistanının ərazisi ona qarşı hərbi əməliyyatlar üçün istifadə olunmayacaq. Bildirilir ki, Pakistanın müraciətindən sonra Ər-Riyad bu istiqamətdə müvafiq təminat verib.
Bundan əvvəl İsrail mənbələri Səudiyyə Ərəbistanının İrana qarşı mümkün zərbələrə qoşula biləcəyi barədə iddialar səsləndirmişdi. Regionda gərginliyin artması fonunda diplomatik təmaslar intensivləşib və tərəflər qarşıdurmanın genişlənməsinin qarşısını almağa çalışır.
Oxşar xəbərlər
Hörmüz boğazı bağlı qalsa, dünya neft bazarını "fəlakətli" nəticələr gözləyə bilər
Hörmüz boğazının bağlanması səbəbindən yaranan fasilə davam edərsə, bu, dünya neft bazarları üçün "fəlakətli" nəticələrə səbəb ola bilər. BAKU.WS xəbər verir ki...