Pakistan hind təyyarələrini 400 km-dən vuracaq

Britaniyanın "Janes" nəşri Pakistanın yüksəkrütbəli rəsmisinə istinadən yaydığı xəbərlə Azərbaycanın bu önəmli müttəfiqinin hərbi-strateji inkişafı ilə bağlı bir məsələyə diqqət çəkib.
Söhbət İslamabadın tezliklə Çindən əldə edəcəyi beşinci nəsil "J-35A" qırıcılarının Pakistan Ordusuna qazandıracağı strateji üstünlükdən gedir.
Nəşrin məlumatına görə, Çin "J-35A" təyyarələrini 2026-cı ilin birinci rübündə - planlaşdırılmış vaxtdan altı ay əvvəl Pakistan Hərbi Hava Qüvvələrinə təhvil vermək qərarına gəlib.
Pakistanlı pilotlar isə hazırda Çində bu stels qırıcılarının necə uçması və idarə edilməsi üzrə təlim keçirlər. Bəs sözügedən təyyarələr hansı özəlliklərə sahibdir və onların Pakistan Ordusu tərəfindən əldə edilməsi niyə məhz strateji üstünlük kimi dəyərləndirilir?
Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışında bu suallara aydınlıq gətirilib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Rusiyada məktəbli polis əməkdaşının maşınını yandırdı - ANBAAN VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində, Zaxaryevskaya küçəsində yerləşən müvəqqəti saxlama təcridxanasının yaxınlığında məktəbli polis əməkdaşına məxsus avtomobili...
