Oman körfəzində konteyner gəmisinə raket hücumu olub
Yeniliklərdən dərhal xəbərdar olun
Oman körfəzində konteyner gəmisinə raket zərbəsi endirilib. Hadisə Pakistanın Qvadar limanı yaxınlığında baş verib.
BAKU.WS xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, hücum nəticəsində xəsarət alan olmayıb.
"Reuters"in məlumatına əsasən, hücuma məruz qalan gəmi Panama bayrağı altında üzən "Vela Nova" konteyner gəmisidir.
Hadisə İran və Oman arasında Hörmüz boğazından keçən gəmiçilik marşrutlarının bərpası ilə bağlı danışıqların davam etdiyi bir vaxtda baş verib. Tərəflərin 60 günlük müvəqqəti razılaşma üzərində müzakirələr apardığı bildirilir.
Razılaşmaya əsasən, gəmilərin Hörmüz boğazından keçərkən bir hissəsinin İran, digər istiqamətdə hərəkət edənlərin isə Oman sularından istifadə etməsi nəzərdə tutulur.
İran daha əvvəl ABŞ-nin Tehran və Maskat arasındakı danışıqlara mane olduğunu açıqlamışdı.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...