Nyutonun qanununda 300 ildən çox sonra səhv aşkar edilib
Filoloq Daniel Hook dünyanın bütün fiziklərinin istifadə etdiyi İsaak Nyutonun birinci qanununun ingilis dilinə tərcüməsində səhv olduğunu iddia edib.
BAKU.WS bu barədə Philosophy of Science jurnalına istinadən məlumat verir.
Nyutonun birinci qanununun ən çox qəbul edilən izahına görə, hər hansı bir cisim üzərinə xarici qüvvə təsir etmədikdə, ya sükunət vəziyyətində qalır, ya da düzxətli və bərabər sürətlə hərəkət edir. Lakin Hook Nyutonun qeydlərini araşdırarkən qanundakı "əgər" bağlayıcısının əslində "ona görə ki" mənasını verdiyini müəyyən edib.
Filoloqun sözlərinə görə, bu da deməkdir ki, Nyuton iddia edib ki, cisimlər məhz təsirin olmaması səbəbilə sükunətdə qalır. Bu dəqiqləşmə fiziklərin bu qanun üzərində fikir ayrılıqlarını aradan qaldırmağa imkan verə bilər.
Oxşar xəbərlər
İranın Qeşm adası sahillərində partlayış səsləri eşidilib
Hörmüz boğazında yerləşən Qeşm adasının sahilləri yaxınlığında partlayış səsləri eşidilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın rəsmi IRN...