Günəşdə güclü alışma baş verib
Günəşdə M2.8 sinifli güclü alışma qeydə alınıb və bu hadisə təxminən 32 dəqiqə davam edib. Enerji püskürməsi və onun Yer kürəsinin geomaqnit sahəsinə təsiri Tətbiqi Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən qeydə alınıb.
BAKU.WS-in məlumtına görə, alimlər bildiriblər ki, geomaqnit sahəsində qeyri-sabitlik 16 mart ərzində davam edəcək və 17 martda tədricən sabitləşəcək.
Həmçinin günün müəyyən saatlarında qısa dalğalı radio rabitəsində (KV) problemlərin yaranacağı gözlənilir.
Meteoroloqların məlumatına əsasən, aktivliyin mənbəyi 4392 nömrəli Günəş ləkələri qrupu olub. Bu alışma nəticəsində Yer kürəsinin geomaqnit sahəsində pozuntular daha da güclənib.
Artan Günəş aktivliyi səbəbindən 15 mart tarixində artıq qısa dalğalı radio rabitəsində ciddi problemlər qeydə alınıb.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının intensivliyinə görə təsnif edilir və A-dan X-ə qədər beş kateqoriyaya bölünür. Hər növbəti kateqoriya əvvəlkindən 10 dəfə daha güclü enerji ilə xarakterizə olunur.
Oxşar xəbərlər
Tramp Yaxın Şərqdə müharibə bitdikdən sonra neft qiymətlərinin kəskin düşəcəyini gözləyir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə yaxın vaxtlarda başa çata bilər və bundan sonra neftin qiymətləri kəskin şəkildə aşağı düşəcək. BAKU.WS...