Dana əti niyə bahalaşır? - Fermerlərdən diqqətçəkən AÇIQLAMA
Paytaxtda dana ətinin qiymətində artım müşahidə olunsa da, bölgələrdə vəziyyət fərqlidir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, fermerlər bildirirlər ki, diri heyvanın satış qiymətində ciddi dəyişiklik yoxdur.
Son vaxtlar ət kəsimi məntəqələrində dana ətinin bahalaşdığı müşahidə edilir. Lakin bölgələrdə heyvandarlıqla məşğul olan fermerlər deyirlər ki, satış məntəqələrində qiymət artsa da, heyvan onlardan o qədər də baha qiymətə alınmır.
Bərdə rayonundan olan fermer Bəxtiyar Əliyev qeyd edir ki, ailəsinin əsas dolanışığı fərdi təsərrüfatında saxladığı heyvanlardan əldə etdiyi gəlirdən asılıdır. O, il ərzində 3-4 dəfə kökəltdiyi iribuynuzlu heyvanları satışa çıxarır və qiyməti bazar şərtlərinə uyğun müəyyənləşdirir.
Fermerlərin sözlərinə görə, satış zamanı heyvanlar əsasən çəkisinə uyğun olaraq qapana çıxarılır. Lakin əksər hallarda diri çəki gözəyarı hesablanaraq alıcılarla sövdələşmə aparılır.
Tovuzda kökəltmə ilə məşğul olan fermerlər isə bildirirlər ki, heyvan bazarlarının bağlı olması səbəbindən satış əsasən təsərrüfatlarda həyata keçirilir. Bu zaman heyvanın çəkisi çox vaxt gözəyarı müəyyən edilir ki, bu da fermerlərin maliyyə itkisi ilə üzləşməsinə səbəb olur.
Oxşar xəbərlər
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının təşkilinə görə 3.6 milyon QAZANACAQ
Xocavənd rayonunun Tuğ kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisinə 3 600 000 AZN sərf olunacaq. BAKU.WS Pravda.az-a istinadən xəb...