Bakıda avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR

Bakıda avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR
Açıqlama
Sosial 299

"Hazırda Bakı şəhəri üzrə marşrut xətlərində ümumilkdə 2300-ə yaxın avtobus istismar edilir. Avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində ötən il ərzində Bakıya 300-ə yaxın avtobus gətirilib".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətinin rəhbəri Tural Orucov bildirib.

Onun sözlərinə görə, ölkə üzrə ötən il ümumilikdə 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib:

"Bu ildən xüsusi "İctimai Nəqliyyat" büdcə fondunun yaradılması və daşıyıcılarla brutto-müqavilə sisteminə keçid avtobus parkının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri sayəsində yenilənməsini sürətləndirəcək.

Eyni zamanda, paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Bu da avtobus parkının sürətlə yenilənməsinə və xidmət keyfiyyətinin daha da artmasına gətirəcək".

AYNA rəsmisi həmçinin qeyd edib ki, hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir:

"Həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur. Bakıətrafı qəsəbələr üzrə sərnişindaşıma keyfiyyətinin artırılması işləri də davam etdirilir. Daşıyıcılar tərəfindən yeni avtobusların alınması istiqamətində işlər aparılır".

Orxan Hüseyn

Son xəbərlər