İran İsrailin silah zavodlarına zərbələr endirib
İran İsrailin silah zavodlarına zərbələr endirib.
BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "SNN" nəşri məlumat yayıb.
Qeyd edilib ki, İran İsrailin silah istehsalçısı "Rafael" və təyyarə istehsalçısı "Israel Aerospace Industries" şirkətlərinə aid obyektlərə zərbələr endirib.
"İran İslam Respublikası ordusu cavab olaraq bir neçə saat əvvəl İsrailin mühüm və strateji "Rafael" silah istehsal mərkəzinə və "Israel Aerospace Industries" şirkətinə qarşı pilotsuz təyyarələrlə hücumlar həyata keçirib" - deyə nəşrdə bildirilib.
Xatırladaq ki, daha əvvəl İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Tehranın "Mehrabad" hava limanında İranın Ali Liderinin istifadə etdiyi təyyarəni məhv etdiyini bildirib.
Oxşar xəbərlər
ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək?
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün...