Aİ kiberhücumlara görə İran və Çinə sanksiyalar tətbiq edib
Avropa İttifaqı blokun üzv dövlətlərinə qarşı kiberhücumlara görə iki Çin və bir İran şirkətinə sanksiyalar tətbiq edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında dərc olunmuş məlumatda deyilir.
Məlumata əsasən, Çinin "Integrity Technology Group" və "Anxun Information Technology" şirkətləri, eləcə də İranın "Emennet Pasargad" şirkəti sanksiya siyahısına daxil edilib.
"Integrity Technology" Aİ-nin üzvü olan 6 ölkədə 65 mindən çox qurğunun sındırılmasına kömək edib.
Aİ-nin məlumatına görə, "Anxun" şirkəti kritik infrastruktura qarşı yönəlmiş haker xidmətləri təqdim edib, şirkətin iki həmtəsisçisi də kiberhücumlarda iştirakına görə sanksiya siyahısına salınıb.
Məlumatda vurğulanır ki, "Emennet" 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunları zamanı dezinformasiya yaymaq üçün reklam bilbordlarına kiberhücum edib.
Oxşar xəbərlər
Bred Kuper: Hörmüz boğazında 100 İran gəmisi batırılıb
ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Hörmüz boğazında 100-dən çox İran gəmisinin dənizin dibinə batırıldığını elan...