Vəzifəyə görə vahid maaş olacaq - Yeni tələb
"Əmək və Məşğulluq" altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, yeniliyə əsasən, sistemdə ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının mütləq qaydada daxil edilməsi nəzərdə tutulur.
Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, ştat (ştat vahidi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan və vəzifə (peşə) adını, həmçinin vəzifə (tarif) maaşını əks etdirən vahiddir.
Bu yenilik müəssisələrdə ştat vahidlərinin daha şəffaf və düzgün formalaşdırılmasına, həmçinin əmək münasibətlərinin elektron sistem üzərindən daha səmərəli idarə olunmasına imkan yaradır.
Oxşar xəbərlər
Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru işdən çıxarılıb
Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmas...