Nurmaqomedovun bank hesabı yenidən bloklandı
09
apr
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurmaqomedov bu dəfə də vergi məsələləri ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, Rusiyanın Federal Vergi Xidməti (FVX) onun bank hesablarını bloklayıb.
Məlumata görə, Nurmaqomedov 2024-cü il üzrə gəlirləri ilə bağlı vergi bəyannaməsini vaxtında təqdim etməyib. Bu səbəbdən də maliyyə orqanları tərəfindən barəsində məhdudlaşdırıcı tədbirlər görülüb.
Qeyd edək ki, bu, Həbib üçün ilk belə hal deyil. Ötən il də oxşar səbəblə onun bank hesabları dondurulmuş, hətta əmlakına da həbs qoyulmuşdu.
Oxşar xəbərlər
Putin və Tramp Çində Rusiya-Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin niz...