Netanyahuda erkən mərhələli xərçəng aşkarlanıb – müalicə uğurla başa çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahunda onkoloji xəstəlik erkən mərhələdə aşkar olunub və müalicə uğurla nəticələnib.
BAKU.WS xəbər verir ki, bu barədə baş nazirin ofisi rəsmi açıqlama yayıb.
Məlumata görə, planlı nəzarət çərçivəsində aparılan MRT müayinəsi zamanı prostat vəzində bir santimetrdən kiçik şübhəli sahə müəyyən edilib. Sonrakı yoxlamalar zamanı həmin nahiyədə erkən mərhələli bədxassəli şiş olduğu təsdiqlənib.
Rəsmi açıqlamada qeyd olunur ki, xəstəlik vaxtında aşkar edildiyi üçün müalicə effektiv olub və şişin yayılması və ya metastaz əlamətlərinə rast gəlinməyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...