Netanyahu orduya Livanda atəşi dayandırmaq əmri verdi
İsrail ordusuna Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri İsrael Kats tərəfindən Livanda atəşin dayandırılması ilə bağlı göstəriş verilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Channel 12" telekanalı məlumat yayıb.
Məlumata görə, göstəriş siyasi hakimiyyətlə ABŞ arasında aparılan koordinasiyadan sonra verilib. Bununla belə, İsrail ordusunun Livanın cənubundan geri çəkilməyəcəyi bildirilib.
İsrail Müdafiə Qüvvələri (SAXAL) isə açıqlamasında siyasi rəhbərliyin direktivlərinə uyğun olaraq atəşkəs razılaşmasına sadiq qaldığını və İsrail dövlətinə, eləcə də SAXAL-a qarşı hər hansı təhdidi aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcəyini bəyan edib.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...