Netanyahu: İsraillə Livan arasında sülhün bərqərar edilməsi üçün tarixi imkan yaranıb
İsrailin Livanla sülh müqaviləsi bağlamaq üçün tarixi imkanı yaranıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu iki ölkə arasında atəşkəs rejiminin tətbiqi ilə bağlı çıxışında bildirib.
"Mən bu çağırışa səs verdim və fasiləyə, daha doğrusu, Vaşinqtonda səfirlər (İsrail və Livanın ABŞ-dəki səfirləri - red.) səviyyəsində müzakirəsinə başladığımız razılaşmanın əldə olunması istiqamətində irəliləməyə cəhd etmək üçün 10 günlük müvəqqəti atəşkəsə razılaşdım. Burada sülhün bərqərar olması üçün tarixi şans var", - o bildirib.
Bununla yanaşı, Netanyahu qeyd edib ki, İsrail Silahlı Qüvvələri təhlükəsizliyin qorunması məqsədilə Livanın cənubundakı bufer zonasını tərk etməyəcək.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...