Netanyahu: İsrailə hücumlar husilərə baha başa gələcək
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Binyamin Netanyahu gələcəkdə ölkəsinə qarşı istənilən təhdidə qarşı qəti tədbirlər görüləcəyi ilə hədələyib.
"Report" İsrail mətbuatına istinadən xəbər verir ki, Netanyahu bunu İsrail ordusunun "Ənsarullah" hərəkatının Yəməndəki mövqelərinə zərbələr endirməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, İsrail bundan sonra ölkəni təhdid edən hər kəsə qarşı qətiyyətlə hərəkət edəcək:
"Söz verdiyimiz kimi, husilər bizə qarşı təcavüzlərinin əvəzini ağır ödəyir və ödəyəcək. Bu gün biz husilərin Yəmənin dərinliklərindəki və qərb sahilindəki hədəflərinə zərbələr endirdik".
Oxşar xəbərlər
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına və neft obyektlərinə zərbə endirdiklərini iddia edirlər
Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) silahlı qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanını və "...