Nepalda sel fəlakətində ölənlərin sayı 1114-ə çatıb

Nepalda sel fəlakətində ölənlərin sayı 1114-ə çatıb
Dünya 18

Nepalda ötən həftə baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı 1114-ə yüksəlib. Daha 3916 nəfərdən isə xəbər yoxdur.

BAKU.WS xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Agentliyinin məlumatına görə, avqustun 26-da Rasuva bölgəsində başlayan sel nəticəsində axtarış-xilasetmə işləri davam edir.

Fəlakət nəticəsində 8 bölgədən meyitlər çıxarılıb. Ən çox ölüm Çitvanda (348), Şərqi Nəvalparasidə (217) və Qərbi Nəvalparasidə (190) qeydə alınıb.

Sel nəticəsində 292 nəfər yaralanıb, helikopterlərin də iştirak etdiyi əməliyyatlar zamanı 11 993 nəfər təxliyə edilərək xilas olunub.

Hazırda 3916 nəfər itkin hesab olunur. İtkinlər arasında su elektrik stansiyalarının əməkdaşları və xarici vətəndaşların da olduğu bildirilir. Axtarış-xilasetmə və yardım əməliyyatlarına 21 314 təhlükəsizlik əməkdaşı cəlb edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər