Myanmada zəlzələ qurbanlarının sayı 1000-i ötüb
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i keçib.
BAKU.WS xəbər verir ki, ölənlərin sayı 1002 nəfərə, yaralıların sayı isə 2376 nəfərə çatıb.
BBC-nin məlumatına görə, ən çox zərərçəkənlər Mandalay şəhərində qeydə alınıb. Azı 30 nəfər itkin düşüb, dağıntılar altında qalanların sayı isə hələ dəqiqləşdirilir.
Hazırda Myanma və Taylandda xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir. Fəlakət bölgəsində vəziyyətin daha da pisləşməməsi üçün təcili yardımlar səfərbər edilib.
***08:55
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 694-ə çatıb, 1 670 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi xəbər yayıb.
Qeyd edək ki, martın 28-də qeydə alınan yeraltı təkanlar demək olar ki, ölkənin bütün ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış və inzibati binalar, eləcə də xəstəxanalar uçub.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...