Münhen Təhlükəsizlik Konfransı İran XİN rəhbərinə dəvətini geri götürüb
Münhen Təhlükəsizlik Konfransı Almaniya hökumətinin tənqidindən sonra İranın xarici işlər naziri Abbas Əraqçıya göndərdiyi dəvəti geri götürdüyünü açıqlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bir neçə həftə əvvəl İran hökumətinin ayrı-ayrı nümayəndələrinə dəvətnamələr göndərilib. Hazırkı hadisələr nəzərə alınmaqla, Münhen Təhlükəsizlik Konfransı bu dəvətnamələri etibarsız hesab etdiyini bildirib.
Təşkilatçılar, həmçinin bildiriblər ki, məqsədləri vacib siyasi məlumatları çatıdıra bilən iştirakçıları dəvət etməkdir, lakin bu zaman siyasi hadisələr də nəzərə alınmalıdır.
Oxşar xəbərlər
Zelenski: Serbiya Ukraynaya yeni humanitar yardım paketi verəcək
Serbiya Ukraynaya səhiyyə və energetika sahələrində yeni humanitar yardım paketi vermək niyyətindədir. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ukra...