Müctəba Xamenei ictimaiyyət qarşısına niyə çıxmır?
Yeniliklərdən dərhal xəbərdar olun
"İranın Ali Rəhbəri Müctəba Xameneinin səhhəti qaydasındadır".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi "Əl-Məsri Əl-Yaum" qəzetinə müsahibəsində bildirib.
İ.Bəqayi əlavə edib ki, liderin ictimaiyyət qarşısına çıxmasına qədər bir az vaxt keçə bilər.
"Onun səhhətinə gəlincə, bu barədə çox danışılır, lakin sizi əmin edirəm ki, hər şey qaydasındadır. Fikrimcə, müharibə şəraitində onun ictimaiyyət qarşısına çıxmasından əvvəl müəyyən müddətin keçməsi təəccüblü deyil", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...